Müdafiə Nazirliyi həmin əsgərin xidməti yerini özbaşına tərk etdiyini bildirir
Qoşunların təmas xəttində meyiti aşkarlandığı bildirilən əsgərin cəsədini almaq üçün beynəlxalq təşkilatlara müraciət edilib. Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda
bildirilir
:
“Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan – Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib.
Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə meyitin qaytarılması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.
Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Müdafi Nazirliyi də məsələ ilə bağlı
məlumat
yayıb.
Nazirlik bildirir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.