AXCP üzvü Saleh Rüstəmov: “Həkim dedi, sənə xəlvəti yemək gətirim, vallah heç kim bilməz”

“Həkimlər yanımdan getmədilər ki, biz səni qoyub gedə bilmərik. Həm də sənə bir şey olsa, bir həkim kimi bizə yaxşı deyil. Hətta, bunu sizə deyirəm, heç kimə deməmişəm, həkim dedi, mən sənə xəlvəti yemək gətirim, vallah heç kim bilməz. Mən də elə şeyi qəbul edə bilməzdim”. 

AXCP üzvü Saleh Rüstəmov 4 ildən sonra 28 mayda əfv sərəncamı ilə azadlığa çıxıb.

O, həbsinə etiraz olaraq 2021-ci ilin noyabrın 6-dan 40 günlük aclıq keçirdi.

Düşünür ki, aclıq aksiyasının nəticəsi olaraq bu gün azadlıqdadır.

O, doğulduğu Gədəbəy rayonundan yaşadığı Rusiyaya geri dönmək istəyərkən 2018-ci ilin mayında həbs olunub. 

2019-cu il sentyabrın 25-də Ali Məhkəmənin qərarı ilə S. Rüstəmov 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmənin qərarı ilə cəzasından 2 ay çıxılıb.

O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

Saleh Rüstəmov ittihamları qəbul etməyib və həbsinin siyasi sifariş olduğunu bildirib.

O bildirir ki, “Bandotdel”-də saxlanılarkən ona işgəncə verərək Əli Kərimlinin əleyhinə ifadə verməsini istəyiblər.

Saleh Rüstəmov Rusiyaya, ailəsinin yanına qayıdacaq.

Ana səhifəVideoAXCP üzvü Saleh Rüstəmov: “Həkim dedi, sənə xəlvəti yemək gətirim, vallah heç kim bilməz”