Aşura günü (VİDEO)

Oktyabrın 24-də Məhərrəm ayının 10-cu günü – Aşura mərasimi qeyd edilib.  Kənd sakinlərinin məlumatına görə, məscidin həyətinə 10 minə yaxın adam toplanıb. Üzərinə “Hər gün Aşura” yazılmış köynəklər geyinən kənd sakinləri ayinləri həyata keçiriblər.  Mərsiyyələr altında cavanlar özlərinə zəncir vurub, qadınlar “Ya Hüseyn” deyə şüarlar səsləndiriblər.  Nardaran kəndinin hər tərəfində Məhərrəm ayını əks etdirən şüarlar asılıb, ehsanlar paylanıb.

Ana səhifəVideoAşura günü (VİDEO)