”Asan” evlilik

Hər iki gəncin valideynləri, yaxınları mərasim üçün toplaşsalar da, nikah baş tutmadı

Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə ictimai fəal Nigar Yaqublunun nikah mərasimi olacaqdı. Əvvəlcədən planlaşdırıldığı kimi, nikah ASAN Xidmətin nümayəndəsi tərəfindən Seymur Həzinin saxlandığı həbsxanada baş tutmalı idi. Hər iki gəncin valideynləri, yaxınları mərasim üçün toplaşsalar da, nikah baş tutmadı. ASAN Xidmətin əməkdaşları Ədliyyə Nazirliyinin göstərişi ilə səyyar nikahı dayandırdılar.

Bundan sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlama verərək, nikah mərasiminin avqustun 2-də baş tuta biləcəyini deyib:

“Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. “ASAN xidmət”in nümayəndəsi də nikah mərasimində iştirak edəcək”.

Meydan TV əməkdaşları nikah mərasiminə hazırlıq günü həm Seymur Həzinin, həm də Nigar Yaqublunun evində olub, baş verənləri işıqlandırıblar.

Ana səhifəVideo”Asan” evlilik