Aqil Məhərrəmov: “Dedilər, bura “Banditizmdir, bura girən ölü çıxır”

4 illik həbsdən sonra AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov azadlığa çıxıb.

O, 2018-ci ildə partiya yoldaşları ilə birlikdə çirkli pulların legallaşdırılmasında ittiham olunurdu.

İttihama görə Aqil Məhərrəmov və partiya funksionerləri Saleh Rüstəmlidən 411 min dollar alıb AXCP sədri Əli Kərimliyə çatdırıblar.

Cəbhəçilər bu ittihamları rədd edirdilər.

A.Məhərrəmov deyir ki, 4 il müddətində 4 dəfə əfv ərizəsi yazması üçün yanına nümayəndə göndərilib.

Amma o, günahsız olduğunu deyərək əfv yazmaqdan imtina edib.

O deyir ki, həbs müddətində 280-ə yaxın kitab oxuyub, idmanla məşğul olub.

Bu cinayət işi üzrə hazırda yalnız Saleh Rüstəmli həbsdədir.

AXCP sədri onun Əfv sərəncamı ilə azadlığa çıxacağına ümid edir.

Ana səhifəVideoAqil Məhərrəmov: “Dedilər, bura “Banditizmdir, bura girən ölü çıxır”