”Alpinistlərin üzərində xüsusi cihaz olsaydı, onları tapmaq asan olardı”

Nazirlik üç alpinistin itkin düşməsinin günahını klubun üzərinə atır

Source:


Nazirlik üç alpinistin itkin düşməsinin günahını klubun üzərinə atır

“İtkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək”.

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə dekabrın 23-də Quba rayonunda Tufandağda itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında

deyib.

O bildirib ki, bununla bağlı FHN naziri Kəmaləddin Heydərovun tapşırığı var.

Nazir müavini qeyd edib ki, axtarışlarda avstriyalı mütəxəssislər də iştirak edir.

“Onlar deyirlər ki, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparmırlar. İtkin düşən alpinistlər ən asan – B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib”.

Axtarışlara cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib ki, alpinistin tapılması üçün əllərindən gələni edirlər, lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir.

“Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı”, – deyə A. Herrer vurğulayıb.

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üç üzvü Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı – geri qayıtmayıb və onlarla əlaqə

kəsilib.

Sosial şəbəkələrdə və media orqanlarında alpinistlərin itkin düşməsinin əsas səbəbi kimi Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun bu sahəni ələ keçirməsi və alpinizmlə bağlı sistemin dağıdılmasını

göstərirlər.

Bununla belə adıçəkilən nazirliyin rəsmiləri günahı alpinistlərin üzvü olduğu “Gilavar” klubunda görürlər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, itkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır.

O bildirib ki, “Gilavar” idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: “Alpinistlərin itkin düşdüyü ərazi “Şahdağ” Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur”.

Ana səhifəXəbərlər”Alpinistlərin üzərində xüsusi cihaz olsaydı, onları tapmaq asan olardı”