Tufandağda üç alpinist itib (Yenilənir)

FHN alpinistləri aviasiya vasitəsilə axtarır

Source:

Azərbaycan Skautlar Assosiasiyası və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi itkin düşmüş alpinistlərin axtarışı üçün könüllülərin təcili səfərbərliyini elan edib. Bu barədə Azərbaycan Skautlar Assosiasiyasının “Facebook” səhifəsində məlumat yayılıb. Bildirilir ki, könüllülərin ilk yarım biliyi, xilasetmə təcrübəsi olmalı, qış dağçılığını bacarmalıdır. Həmçinin qış dağşılığına aid avadanlıqları olmalıdır.

Könüllülərin nəqliyyat, çadır, yataq kisəsi və rabitə ilə təmin olunacağı bildirilir.


***


FHN alpinistləri aviasiya vasitəsilə axtarır

***

Hadisə ilə bağlı alpinizm üzrə təcrübəli təlimatçı Rasim Cəfərov “Turan” agentliyinə

bildirib ki

, alpinistlərin itməsi sistemli problemin nəticəsidir və bu problem Alpinizm Federasiyasının süni şəkildə dağıdıldıqdan sonra yaranıb.

“Bununla da dağlarda təhlükəsizlik sistemi pozulub. Hazırda idmanın bu növü ilə məşğul olan adamların bu cür tədbirlərin təşkili barədə təsəvvürləri yoxdur”.

Agentlik qeyd edib ki, dağlara qış ekspedisiyası xüsusi hazırlıq və alpinistlərin sığortasını tələb edir.

“İlk növbədə, marşruta qalxma təcrübəli təlimatçı tərəfindən həyata keçirilməlidir, eyni zamanda xilasetmə işləri ilə bağlı dəstək qrupu yaradılmalıdır.

Əgər FHN-in məlumatına inansaq, indiki halda bunların heç biri olmayıb. Ən ciddi pozuntu isə odur ki, alpinistlər rabitə olmadan 3 gündür ki, yüksək dağlıq yerdədir, xilasetmə işləri isə dördüncü gün başlayıb”.

Agentliyin fikrincə, bu, alpinizm qaydalarının kobud şəkildə pozulması və müvafiq xilasetmə xidmətinin olmaması deməkdir.

“Bütün bunlar ölkənin alpinizm federasiyasının ələ keçirilməsi və məhv edilməsi, təlimatçıların hazırlıq sisteminin, dağlarda təhlükəsizliyin təminatının pozulması məqsədilə dövlət məmurlarının bir neçə il öncə başladıqları məqsədyönlü və dağıdıcı işin nəticəsidir.

Baş verənlərə görə məsuliyyət bu proseslərə təşəbbüs göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyinin üzərinə düşür”.

“Turan” yazır ki, xilasetmə işlərində iştirak edənlərdən biri hadisənin baş verdiyi ərazidən telefonla bildirib ki, alpinistlərin hansı marşrutla hərəkət etdiyini, onları məhz harada axtarmağın lazım gəldiyini kimsə izah edə bilmir.

“Tufandağ massivi bir neçə kilometr uzanır və hər biri 3500 metrdən çox yüksəklidə olan bir neçə zirvədən ibarərdir. Dağın sərt yamaclarında buzlaqlar və çatlaqlar olur.

Qışda həmin yerlərdə havanın temperaturu gecə -20 dərəcəyədək enir. Proqnozlara görə, son günlər orada çox qar yağıb və görüntü zəif olub”.

Qrupa təcrübəli alpinist Namin Bünyatov rəhbərlik edir. O, Qafqazın ən mürəkkəb zirvələrdən biri olan Uşbaya (4700 m.) qalxma da daxil olmaqla, mürəkkəb ekspedisiyalarda iştirak edib.

Təcrübəli alpinistlərin fikrincə, rabitənin kəsilməsi hava şəraitinin pisləşməsi və ya qrup üzvlərindən birinin vəziyyətilə ilə əlaqədar ola bilər.

***

12.35. “Gilavar” – hava və ekstrim idman klubu hadisə ilə bağlı məlumat yayaraq, bildirib ki, alpinistlərlə əlaqə Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən kəsilib.

“Axtarışlar Dövlət Sərhəd Xidməti, FHN, Ekologiya Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən həyata keçirilir. Dostlarımız olduqca təcrübəlidirlər və əminik ki, hər şey qaydasındadır”.

***

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üç üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Məlumatı Fövqəladə Hallar Nazirliyi

yayıb

.

Fəridə Cəbrayılzadə

Nazirlik aviasiya dəstəsinin axtarışlara başladığı bildirib.

İtkin düşən alpinistlərin adları məlum olub: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı. Onlardan Babur Hüseynov polis leytenantıdır.

Ana səhifəXəbərlərTufandağda üç alpinist itib (Yenilənir)