19 avqustda Yasamal rayonu, Şərifzadə küçəsi 33 -də yerləşən, ” Alimlərin binası” kimi tanınan yaşayış yerində söküntü aparılıb. Binada yaşayan alimlər Meydan TV-yə danışıblar. Onlar köçmək istəmədiklərini bildiriblər. Sakinlər istəyirlər ki, onlara ya ağılabatan kompensasiya verilsin, ya da evlə təmin edilsinlər. Binada 92 ailə yaşayıb. Onlardan yalnız 11 ailə köçüb. Bina 1965-ci ildə tikilib və elm işçiləri üçün nəzərdə tutulub.