Akif Nağı növbədənkənar prezident seçkisində iştirak edəcək

”Mən fərd olaraq seçkiyə qatılıram, təşkilat adından yox”

Source:
Akif Nağı
Akif Nağı
Akif Nağı
Akif Nağı


”Mən fərd olaraq seçkiyə qatılıram, təşkilat adından yox”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 11 aprel növbədənkənar prezident seçkisində iştirak edəcək.

Məlumatı Meydan TV-yə Akif Nağının özü verib.

O, Qarabağ Azadlıq Təşkilatının bu barədə qərar verdiyini deyib:

“Mən fərd olaraq seçkiyə qatılıram, təşkilat adından yox. Çünki bizim təşkilatın seçkilərdə iştirak hüququ yoxdur, sadəcə, təşkilat mənə seçkilərdə iştirak etmək icazəsi verib”.

Akif Nağı 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1985-ci ildə Moskva Dövlət Universitetini bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləyib. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir.

1993-cü ildə Qarabağ Azadlıq Hərəkatının idarə heyətinin üzvü, sonra həmsədri olub. 2000-ci ildə Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatına çevrilib və həmin zamandan təşkilatın sədridir.

2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub. Həbsdə olduğu vaxt universitetdən uzaqlaşdırılıb.

Fevralın 5-də dövlət başçısı İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqda

sərəncam

imzalayıb.

Mərkəzi Seçki Komissiyası fevralın 14-də 5 nəfərin prezidentliyə namizəd olmaq üçün sənədlərini qəbul

edib

.

Ana səhifəXəbərlərAkif Nağı növbədənkənar prezident seçkisində iştirak edəcək