Ölkə rəhbəri yeni sərəncam imzalayıb
Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov geri çağrılıb.
Bu barədə Prezident İlham Əliyev aprelin 19-da sərəncam
imzalayıb
.
Sərəncamda Anar Məhhərəmovun Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən də geri çağrıldığı qeyd olunub.
Dövlət başçısının digər sərəncamı ilə Ramiz Həsənov Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərərək İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin
olunub
.
Anar Məhərrəmov 2016-cı ilin aprelində səfir vəzifəsinə təyin
olunub
. O, 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin sabiq rektoru olmuş Abel Məhərrəmovun oğludur.
Bir müddət öncə mətbuatda səfir Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı. Bu barədə məlumatlar paylaşdığı üçün Abel Məhərrəmov Meydan TV-dən Xarici İşlər Nazirliyinə şikayət də
etmişdi
.
1961-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olan Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. R.Həsənov 1997-2004 -ci illərdə "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub.
2004-2005 -ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, 2005-2008 -ci illərdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifələrində olub.
O, 2018-ci ilin mayından xarici işlər nazirinin müavinidir.