”Abel Məhərrəmov Meydan TV-də yazılanlara görə XİN-ə şikayətə gedib”

Şikayətdən sonra konsul Sadiq Tağıyevə baş çəkib

Source:
Abel Məhərrəmov
Abel Məhərrəmov
Abel Məhərrəmov
Abel Məhərrəmov


Şikayətdən sonra konsul Sadiq Tağıyevə baş çəkib

Türkiyənin gəmi şirkətlərindən birində çalışan və bir ay öncə İspaniya sahilləri yaxınlığında qəzaya uğrayan 52 yaşlı Sadiq Tağıyev hələ də Bilbao şəhərində xəstəxanadadır. Bu barədə Meydan TV-yə ona yaxın şəxslər məlumat verərək bildirib ki, vəziyyəti əvvəlki qədər ağır olmasa da, hələlik həkimlər onu xəstəxanadan buraxmır.

Azərbaycanın İspaniyadakı səfirliyinin hadisədən sonra ilk bir həftə ərzində koma vəziyyətində olan S.Tağıyev və onun yaxınlarına qarşı laqeyd münasibətilə əlaqədar orada yaşayan azərbaycanlılar Azərbaycan Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına şikayət məktubları göndərmişdilər.

Meydan TV

məsələni ictimailəşdirəndən sonra səfirliyin konsulu S.Tağıyevin yaxınlarıyla əlaqə saxlayıb. Noyabrın 3-də isə Azərbaycanın Madriddəki konsulu Adil Şükürov xəstəxanaya gələrək, S.Tağıyevə baş çəkib. Bu barədə Meydan TV-yə xəstənin yaxınları məlumat verib. Onların sözlərinə görə, konsula indiyədək olan biganə münasibətdən gileyləniblər.

S.Tağıyevin həyat yoldaşı, Salyan sakini olan Sahilə Tağıyeva və bacısı qəzadan sonra İspaniyaya gedib.

“Həyat yoldaşı adətən xəstəxanada onun yanında qalır. Bacısı isə tərcüməçinin evində qalır. Sığorta şirkəti Sadiq Tağıyev və yaxınlarına tərcüməçi ayırıb. Çünki tibbi heyətlə danışıqlarda onların bir-birini başa düşməsi vacibdir. Tərcüməçi qadın sağ olsun, Sadiqin yaxınlarının küçədə qalmasına razı olmayıb, evində onlara yer verib. Elə ona görə konsul xəstəxanaya gələndə Sadiqin yaxınları ona deyiblər ki, əvvəlcə müraciət olundu, ümumiyyətlə, cavab verilmədi. Deyilmişdi ki, səfirin başı qarışıqdır. Bir ay ərzində də hansı köməkliyi göstərmisiz? Sadiq Tağıyevin vəziyyəti getdikcə yaxşılaşır. Elə ona görə onu əvvəl qaldığı xəstəxanadan bir başqa klinikaya köçürüblər. Bir müddət sonra ola bilsin, müalicəsinin davamı üçün Türkiyəyə aparılsın”, – yaxınları danışır.

Meydan TV-nin ötən yazısından üç gün sonra səfir Anar Məhərrəmovun atası, BDU-nun rektoru Abel Məhərrəmov Xarici İşlər Nazirliyinə gedib. Nazirlikdən adının açıqlanmasını istəməyən məsul şəxsin Meydan TV-yə verdiyi məlumata görə, A.Məhərrəmov oğlu haqqında şikayətlərə görə narazılığını bildirib. Oğlundan şikayətçi olanların cəzalandırılmasını tələb edib.

Bir müddət öncə mətbuatda səfir Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı. İspaniyadakı azərbaycanlıların Sadiq Tağıyevlə bağlı XİN-ə ünvanladıqları şikayət məktubunda da bu məsələyə toxunulmuşdu. Mənbənin sözlərinə görə, Abel Məhərrəmov oğlunun fəaliyyətilə bağlı şikayətlərdən danışarkən şərab biznesi haqda yazılanlara da toxunub. Bildirib ki, İspaniyadan şərablar restoranlara deyil, konkret şəxslər üçün göndərilir və bundan hamının da xəbəri var.

Abel Məhərrəmovun bir neçə gün əvvəl XİN-ə gəlişi və nazirlə görüşü barədə nazirlikdən şərh almaq mümkün olmayıb.

BDU-dan isə Meydan TV-yə bildirilib ki, A.Məhərrəmov oğlunun səfir olduğu İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün səfərdədir. Tədbiri Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İspaniya Ədliyyə Nazirliyi və Evsen Fondu birgə təşkil edib.

Əli Evsen
Əli Evsen

Evsen Fondunun rəhbəri Əli Evsen Azərbaycanda müəyyən biznes layihələri ilə yanaşı, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası kimi tanınır. Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra Əli Evsen həbs olundu. O, Hüsnü Mübarəkin dostu və köməkçisi olmuş Hüseyn Salemlə əlaqədə, Misirdə hakim ailənin mənimsədiyi pulların leqallaşdırılmasında ittiham olunurdu.

Araşdırmalar zamanı üzə çıxmışdı ki, Salemin iki övladı Panamada qeydiyyatda olan ofşor şirkətlərini iki Azərbaycan vətəndaşının adına keçiriblər. Bundan sonra türk-әrәb әsilli

Әli Evsen

çirkli pulların yuyulması ittihamıyla İspaniyada həbs olundu. Amma az sonra İspaniyanı tәrk etmәmәk şәrtilә azadlığa buraxıldı. Əli Evsen barədə İspaniya polisinin həbs orderində onun həm də Albaniya vətəndaşı olduğu bildirilirdi. Onun hәbsinә əsas sәbәb isә Salemlәrә Misir inqilabından sonra ötürdüyü pullar olmuşdu. İttihama görə, Әli Evsen İspaniyanın “Bank İnter” bankında Salem ailәsinin hesablarına 17 milyon avrodan artıq vәsait köçürüb. Pul transferlәrini müşayiәt edәn sәnәdlәrdә göstәrilib ki, Evsen Salemlәrә bu pulu 12 illik faizsiz borca verir. İspaniya hüquq-mühafizә orqanları bu transferlәri şübhәli sayıb.

Ana səhifəXəbərlər”Abel Məhərrəmov Meydan TV-də yazılanlara görə XİN-ə şikayətə gedib”