30 ilin arıçısı

Rasim dayı pətəkdəki ümumi vəziyyətə nəzarət edir.

Rasim dayı pətəkdəki ümumi vəziyyətə nəzarət edir.

Rasim Mikayılov Qaxda anadan olub. Uzun illər Qaxda məktəb müəllimi işləyib. 1987-ci ildə Təqaüdə çıxdıqdan sonra arıçılıqla məşğul olmağa başlayıb. İlk günlərdə 10-15 qutu arısı olub. Daha sonra bu işi genişləndirməyə qərar verib. Hazırda 40-a yaxın arı qutusu var. Hər il ümumilikdə 100-150 kq bal hazırlaya bilir.

Rasim dayı ildə iki dəfə olmaqla bal yığır: "Birinci yığımı yığmaq üçün Gürcüstan sərhədinə gedib arıları ora qoyuruq. O "may balı” adlanır. Daha sonra payız balını yığmaq üçün Qaxın dağlarına gətiririk ki, bu yığım da avqust ayında olacaq. Buna da "payız balı” deyirik".

Rasim Mikayılovun arıçılıqdan başqa, maldarlıq, taxılçılıq, fındıq bağlarından məhsul yığaraq gəlir əldə edir.

Rasim dayı 3-4 gündən bir oğlu ilə gəlib arıların pətəklərinə nəzər keçirir

Rasim dayı 3-4 gündən bir oğlu ilə gəlib arıların pətəklərinə nəzər keçirir

Arıların işləmə gücünü nəzərə alaraq qutulardakı pətəklərin sayı çoxalır

Arıların işləmə gücünü nəzərə alaraq qutulardakı pətəklərin sayı çoxalır

Hər bir qutuda ana arı var ki, bu arı digər arıları işləməyə məcbur edir

Hər bir qutuda ana arı var ki, bu arı digər arıları işləməyə məcbur edir

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8xnaz3

Ən çox baxılan