2015-ci ili necə yola saldınız? (SORĞU)

2015-ci il Azərbaycanda bir sıra mühüm hadisələr baş verdi. 21 fevralda Mərkəzi Bankın qərarı ilə manat devalvasiyaya uğradı. Nəticədə manat ucuzlaşdı, dolların dəyəri 1.05 manata, avronun dəyəri isə 1.19 manata qalxdı. Bu il Azərbaycan büdcəsi 8 milyarda başa gəldiyi deyilən Avropa oyunlarına da ev sahibliyi etdi.

Azərbaycanın itkiləri də az olmadı. Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 16 mərtəbəli binadakı yanğın nəticəsində 3 nəfər azyaşlı olmaqla 16 nəfər həyatını itirdi. Bununla yanaşı, dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə partlayış oldu. Yanğında 33 nəfər xilas edildi, 8 neftçinin cəsədi tapıldı. Qalan 22 neftçinin axtarışları hələ davam edir.

Dekabrın 21-də Azərbaycanda ajiotaj yaradacaq hadisə baş verdi. Mərkəzi bank “üzən məzənnə” rejiminə keçdiyini bəyan etdi. Bu qərardan sonra ölkədə dollar və avro 50 faiz bahalaşdı. Mərkəzi Bankın 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında növbəti devalvasiyanın olacağını istisna etmir.

Bəs Bakı sakinləri 2015-ci il haqqında nə düşünür? Onlar bu ili necə yola saldılar? Meydan TV bu sualla sakinlər arasında sorğu keçirib

__

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo2015-ci ili necə yola saldınız? (SORĞU)