Источник: Meydan Tv

Vaksin - Tunelin sonundakı işıq

Статья обновлена:  29 Декабрь 2020

Vaksinlərlə bağlı araşdırma

Dünya 2020-ci ildə COVİD-19 adlı koronavirus növü ilə tanış oldu. 80 milyondan artıq insanın tutulduğu bu virus artıq 2 milyona yaxın insanın həyatına son qoyub. Hazırda bütün dünyada pandemiyanın daha ağır olan 2-ci dalğası davam edir. Xəstəxanalar dolur, ölü sayı artır, virus mutasiyalara uğrayır, iqtisadiyyata ciddi zərər gəlir və insanlar dünyada xeyli məhdudiyyətlərlə üz-üzədir… Ancaq dünyada nəhəng şirkətlərin aylardır üzərində işlədiyi koronavirus əleyhinə vaksinlər rekord tezliklə pozitiv nəticələrini verməyə başlayıb. Artıq ABŞ, Kanada, Rusiya, Çin, İsrail və xeyli sayda Avropa ölkəsi vaksinasiyaya başlayıb. Dünya Səhiyyə Təşkilatı bunu tunelin sonundakı işıq kimi xarakterizə edib və normal həyata qayıdış üçün böyük ümidlər yaratdığını bildirib.

Dünyada bundan əvvəlki pandemiyalar zamanı peyvəndlərin hazırlanması bəzi xəstəliklərdə 105 il, bəzilərində 10 il çəkib. Amma koronavirusa qarşı artıq yüzlərlə şirkətin hazırladığı vaksin sınaq mərhələsindədir. Amma bu yüzlərlə peyvənddən hələlik bir neçəsi böyük kütlələrdə sınanılıb, effektik dərəcəsi müəyyən olunub və artıq insanlara vurulmağa başlayıb. Bunlar Almaniya və ABŞ şirkətləri “Biontech-Pfizerin” birgə istehsal etdiyi peyvənd, Rusiya şirkətinin istehsal etdiyi “Sputnik V”, yenə ABŞ şirkəti Modernanın istehsal etdiyi vaksin, Çinin “KoronaVak” peyvədi və Oksford Universitetinin hazırladığı vaksinlərdir. Bu vaksinlərin arasında “Biontech” və “Moderna”nın istehsalı zamanı tarixdə ilk dəfə ən yeni mRNT texnologiyası istifadə edilib. Bu da, ənənəvi vaksin hazırlamadan fərqlənir. Ənənəvi peyvəndlər zəiflədilmiş virusun insan bədəninə vurularaq, vücudun ona qarşı mübarizəni öyrənməsi yolu ilə tətbiq olunur. Amma mRNT vaksinləri əsasən virusların genetik kodunun fraqmentlərindən ibarətdir. Orqanizmə daxil olarkən vaksin insan hüceyrələrini virus zülallarının istehsalına təhrik edir. Öz növbəsində zülallar isə immun reaksiyasına səbəb olur.

“Biontech” firmasında 2 türk alimin hazırladığı peyvənd hal-hazırda qərb ölkələri tərəfindən təsdiqlənib və vurulmasına başlanılıb. Bu vaksini hazırlayan Uğur Şahin və Özləm Türeci ‘’Financial Times’’ qəzeti tərəfindən ilin adamı seçildilər. Ancaq Azərbaycanın bu vaksini seçməyəcəyi görünür.

Hələlik Azərbaycanın hansı şirkətlə müqavilə bağladığı açıqlanmır. Böyük dövlətlər bir çox şirkətdən sifariş veriblər. Buna da səbəb sifarişlərin çox sayda olması və vaxtında çata bilməyəcəyi hesab olunur.

Maliyyə naziri Samir Şərifov parlamentin iclasında deyib ki, gələn ilin əvvəlindən planlaşdırılan COVİD-19 vaksinləri dövlət hesabına olacaq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  29 Декабрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/snzrf0

Самое читаемое