Источник: Meydan tv

"Uşaqlarımla birlikdə zibillikdən dəmir-dümür yığmaqla dolanırıq"

"Uşaqlarımla birlikdə zibillikdən dəmir-dümür yığmaqla dolanırıq"

Bu sözləri Balaxanı qəsəbəsindəki birotaqlı evdə yaşayan 5 uşaq anası Pərvanə Nəcəfova deyir:

“Yoldaşım rəhmətə gedib. İş olsun ki, işləyim. İş olanda işləyirik, olmayanda isə belə şeylərlə dolanırıq. Çox çətinliklə yaşayıram. Elə vaxt olub, 50 qəpik tapmamışam çörək alaq. Ayaqyolu üçün şərait də yoxdur, çimmək üçün qonşuya gedirik”.

20 ildir bu evdə yaşayan Pərvanə Nəcəfova deyir ki, yardım üçün dövlət qurumlarına müraciət etsə də, heç birindən müsbət cavab ala bilməyib.

Dediyinə görə, ona yardım düşmədiyini, özünün işləməli olduğunu deyiblər. Məcburi köçkün kimi Sabunçu rayon ərazisində qeydiyyatda olsa da, ev siyahısına alınmadığını söyləyir.

Pərvanə Nəcəfovanın sözlərinə görə, yaşadığı evdə şəraiti yazşılaşdırmaq üçün tikinti aparmaq istəsələr də, buna mane olunur:

“Yalvarıram ki, qazı içəridə yandırmaq olmur, istidir, heç olmasa qazı çıxarıb çöldə yandırım. Mənə deyirlər ki, mümkün deyil, sən bu şəraitdə ölənə kimi yaşamalısan”.

Karantin rejimi isə ailənin maddi vəziyyətini daha da aşağı salıb. Pandemiya ilə bağlı birdəfəlik 190 manat sosial yardım üçün müraciət etsələr də, özünə imtina cavabı gəlib, qızının müraciəti isə cavabsız qalıb.

Meydan TV Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən münasibət öyrənə bilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, vətəndaş müavinətlə bağlı problemi həll etmək üçün qurumun Sabunçu rayon şöbəsinə yaxınlaşmalıdır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ug377n

Самое читаемое