Sevil Hüseynova

Источник: Foto: Meydan TV

Başlıq: Sevil Hüseynova

Elina Hacıyevanın anası həkimləri məhkəməyə verib

Ana məktəbin tərbiyə işləri üzrə keçmiş direktor müavininin də cəzalandırılmasını tələb edir

162 saylı orta məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova hesab edir ki, qızının ölümündə həkimlərin də günahı var. Ananın fikrincə, iki gün ərzində Kliniki Tibbi Mərkəzdə 14 yaşlı məktəblinin müayinə və müalicəsi düzgün aparılsaydı, onun ölümünün qarşısını almaq olardı. Ona görə də S.Hüseynova həkimlərin cəzalandırılması üçün məhkəməyə müraciət edib. Onun şikayətinə fevralın 17-də Səbail Rayon Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyilə baxılacaq.

S.Hüseynova Bakı Şəhər Prokurorluğunun Kliniki Tibbi Mərkəzin həkimləri haqqında cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından şikayət edib. Bu şikayətlər məhkəmə nəzarəti qaydasında verilir. Belə şikayətlərə qapalı məhkəmə iclaslarında baxılır.

S.Hüseynova həkimlərdən başqa məktəbin tərbiyə işləri üzrə keçmiş direktor müavini Lalə Məhərrəmovanın da cəzalandırılmasını tələb edir. Onun vəkilləri həmçinin Bakı Şəhər Prokurorluğuna ərizə yazaraq, həm həkimlərin, həm də L.Məhərrəmovanın cəzalandırılmasını istəyib.

Elinanın ölümü, o cümlədən bu işə görə cinayət məsuliyyətinə cəlb olunmuş, məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işi üzrə istintaqı da Bakı Şəhər Prokurorluğu aparmışdı. İstintaqın gedişində bu iş üzrə dindirilən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Kliniki Tibbi Mərkəzin həkimləri, məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova, psixoloqu Könül Ağayeva, Elinanın sinif rəhbəri Çimnaz Mehdiyeva, məktəbin tibb bacısı Ləman Nuriyevanın barəsində cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılmışdı.

E.Hacıyevanın ölümünə görə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova da daxil, çox adamın adı hallansa da, yalnız bir nəfər cinayət məsuliyyətinə cəlb olundu. Məktəbin keçmiş direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinsə də, həbs olunmadı. İstintaq və məhkəmə dövründə ev dustaqlığında oldu. Səbail rayon Məhkəməsinin hökmüylə ona 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası verildi. Yəni o, bu müddətdə elektron bilərziklə hərəkət edəcək, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər evdən çıxa bilməyəcək. Elinanın anası onun cəzasının ağırlaşdırılması üçün apelyasiya şikayəti versə də, təmin edilmədi.

Direktor özü də hökmdən şikayət vermişdi. O, özünü təqsirli bilmir.

Elinanın anası məsələ ilə əlaqədar yaxın vaxtlarda Ali Məhkəməyə şikayət edəcək.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/n74d09

Самое читаемое