Источник: Meydan TV

Əli Kərimli: "Ölkənin ən səlahiyyətli şəxsi bizi düşmən elan edib"

Əli Kərimli: "Ölkənin ən səlahiyyətli şəxsi bizi düşmən elan edib"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli aprelin 13-də canlı yayına qoşulub müsahibə vermək istədikdə, həyat yoldaşının, özünün mobil telefonunda, internet və telefon rabitəsi kəsilib. Sonradan telefon rabitəsinin kəsintilərlə çalışdığını desə də, internet şəbəkəsinə daxil ola bilmədiyini söyləyir.

““Azercell”in abunəçisiyəm, aylıq ödəmələr edib böyük internet paketləri alıram. Mənim işim bununla bağlıdır. Amma telefonumda internetə daxil ola bilmirəm. Hətta yeni modem alıb internetə qoşulmaq istədim, o da bizim evdə işləmədi. Şirkətdən usta dəvət etdim, onlar da dedi ki, təzə modemdir axı, ofisdə işləyirdi, burada işləmədi”, - Əli Kərimli deyir.

Məsələ ilə bağlı “Azercell Telekom” MMC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirildi ki, abunəçiyə aid məlumatların məxfiliyi qorunur.

“Abunəçilərin hamısına eyni münasibət göstəririk. Bizim üçün nə irqi, nə milli, nə də dini mənsubiyyətin fərqi var. Hamısına eyni səviyyədə xidmət göstəririk. Əgər abunəçinin nömrəsində hər hansı məhkəmə çəkişməsi və ya nömrənin fəaliyyətinə çətinlik yaradan faktorlar yoxdursa, “Azercell”in nömrəni bağlamaq üçün heç bir səbəbi yoxdur”, - “Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya deyib.

Əli Kərimli internetə çıxışı olmamağını hakimiyyətin onu tənqidi çıxışlarına görə blokadaya salması ilə əlaqələndirir. Ölkədə xüsusi karantin rejimi elan olunandan tərəfdaşlarının həbs olunduğunu deyir. Hazırda 6 cəbhəçi fəal polisə müqavimət və karantin rejimini pozma ittihamlarıyla 30 sutkalıq inzibati cəza alıb.

“Koronaviris dövrü, karantin şəraitidir, mənim nə qohumlarımla, nə dostlarım əlaqə imkanım var. Evdə azyaşlı uşağım da var. Bütün telefonlar, bütün internet əlaqəm, bütün xarici aləmlə əlaqəm kəsilib. Necə təhlükəsizlik təmin oluna bilər? Bəlkə mənə həmin müddətdə təcili həkim lazım olacaqdı, bəlkə fövqəladə xidmətə müraciət etmək lazım olacaqdı. Necə edəcəkdim bunu? Bu barədə də özümü təhlükəsizlikdə hiss eləmirəm. İkincisi, bir ölkədəki müxalifətin rəhbərliyini dövlətin ən səlahiyyətli şəxsi düşmən elan edirsə, “5-ci kolon” elan edirsə, onların təcridini zəruri sayırsa, təbii ki, həmin ölkənin hüquq-mühafizə orqanları həmin şəxslərə qarşı təxribatlar planlaşdıra bilərlər. Necə ki, mənim ətrafıma qarşı bu baş verir. Mənim indi sürücüm də həbsdədir. Vaxtilə bütün müşavirlərim həbsdən keçib, köməkçim, mühafizəçim - ətrafım hamısı həbsdədir. Mən necə siğortalana bilərəm həmin qanunsuz şərlərdən?”, - AXCP sədri Əli Kərimli sual edir.

“Mən hər şeyi öz adıyla çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, bunun bir adı var, düşmən. Hər kəs bunları belə çağırmalıdır”, - ölkə başçısı İlham Əliyev müşavirədəki çıxışında söyləyir.

Ölkə başçısı İlham Əliyev son çıxışlarında fövqəladə rejim olarsa, müxalifətin təcrid olunacağını söyləmişdi.

“Təkcə düşmən demir, ətrafına da təlimat verir ki, siz də düşmən deməlisiz. Dünya belə bir iqtidar, bu günləri görməyib. Əgər biz, doğrudan da, onun dediyi kimi marginal qruplaşmayıqsa, dərnəyiksə, bizdən nə istəyir? 17 ildir hakimiyyətdə oturub yalnız bizimlə mübarizə aparır. İndi deyir ki, onların siyasətdə yeri olmayacaq. Mən bunu ümumbəşəri təhlükə kimi qiymətləndirirəm. Buna artıq dünya qiymət verməlidir. Necə yəni? On minlərlə insanların olduğu, yüz minlərin, milyonların dəstəklədiyi siyasi qüvvəni necə siləcəksən? Hamımızı öldürtdürəcəksən? Necə olacaq axı, bu? Ona görə də, hesab edirəm ki, istənilən halda hökumət artıq sərt xətti seçib. Bu da onunla bağlıdır ki, pul azalır və bu şəraitdə hökumət ölkəni necə idarə edəcəyini bilmir, qorxur. Camaatın narazı olduğunu bilirlər. Amma çox təəssüf ki, xalqa həmişə saymazyana, yuxardan-aşağı münasibət olub. Onlar düşünürlər ki, xalq özü-özlüyündə onu təşkilatlandıran olmasa, onu meydanlara çağıran olmasa, onsuz da dözəcək. Bax, xalqımız bundan nəticə çıxarmalıdır ki, hökumət niyə onun haqqında belə düşünür”, - Əli Kərimli deyir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/bo5nx3

Самое читаемое