Bayram Məmmədov: "Tələbələr deyirdi ki, nə vaxt gəlirsiz, sizi gözləyirik"

Источник: Meydan.TV

Оглавление: Bayram Məmmədov: "Tələbələr deyirdi ki, nə vaxt gəlirsiz, sizi gözləyirik"

Bayram Məmmədov: "Tələbələr deyirdi ki, nə vaxt gəlirsiz, sizi gözləyirik"

Bayram Məmmədov: "Tələbələr deyirdi ki, nə vaxt gəlirsiz, sizi gözləyirik"

2016-cı ildə Heydər Əliyevin postamentinə "Qul bayramınız mübarək" yazandan sonra həbs olunan Bayram Məmmədov və Qiyas İbrahimovun elə həmin il təhsil həyatı da bitib. Gənclər 2016-cı ildə 4-cü kursda oxuduqları Bakı Slavyan Universitetindən xaric olunublar. "Kürdəxanıda olanda imtahanlarımızı vermək üçün müraciət etdik. Çünki bizim belə bir hüququmuz var. Qanunda da göstərilib ki, hətta həbsxanadan belə imtahanlar verilə bilər. Bakı Slavyan Universitetinin rəhbərliyindən bizə rəsmi cavab gəldi ki, hazırda sizdən imtahan götürmək imkanlarımızın xaricindədir", - gənc fəal Bayram Məmmədov deyir.

Hüquqşünas Səməd Rəhimli bildirir ki, həbs olunarkən davamiyyətdən qalmaq şəxsin özündən asılı olmayan durum olduğundan, həmin tələbələr bu səbəbdən universitetdən xaric edilməməlidirlər.

Bayram Məmmədov həbsdən çıxandan sonra təhsilini davam etdirmək üçün Slavyan Universitetinə müraciət edib. Ona müsbət cavab verilsə də, mayın 14-də zəng vurub universitetdən xaric olunduğunu söyləyiblər. "Yəqin ki, nəsə dəyişdi, siyasi göstəriş verdilər. Düşünürəm ki, bu gün bizim universitetlərdə hansısa proseslər yaranır. Bəlkə də bizi həmin proseslərdə qorxulu fiqur hesab edirlər. Çünki iki-üç dəfə universitetə getdim, demək olar ki, tələbələrin əksəriyyəti tanıdı. Hətta auditoriyalara girib-çıxdım, arxamca gələn tələbələr də oldu. Gəlib, deyirdilər ki, nə vaxt gəlirsiz, sizi gözləyirik", - Bayram Məmmədov deyir.

Ölkə başçısı İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə Qiyas və Bayramla birgə azad olunan Nidaçı, gənc fəal İlkin Rüstəmzadə də universitetdən xaric olunub. O, ödənişsiz olaraq təhsil alsa da, bərpa olunacağı təqdirdə ödənişli əsaslarla təhsil alacağı bildirilib. "Mən informatika və idarəetmə fakültəsi, menecment ixtisasında ödənişsiz olaraq təhsil alırdım. Ümumiyyətlə, mən universitetə daxil olanda təhsil haqqı 1200 manat idi. İndi isə təhsil haqqı 3200 manatdır. Mənə bildirirlər ki, sən 3200 manat təhsil haqqı ödəyəcəksən. Ən azından Cem Yılmaz demiş, universitet mənə o təhsili verib ki, aradakı məbləğ fərqini başa düşüm?" - İlkin Rüstəmzadə gülümsəyərək deyir.

"Şəxsin həbs olunması onun ödənişsiz təhsillə bağlı hüququnu aradan qaldırmır", - Səməd Rəhimli belə deyir.

Universitet rəhbərliyi isə bunun əksini deyir. Onlar bildirir ki, indiki təhsil haqqına uyğun ödəniş edilməlidir. Həbsdə olduğu təqdirdə universitetdən xaric olunmaq məsələsinə gəldikdəsə, şəxsin həbs olunması ilə bağlı məlumatlı olmadıqlarını deyib.

Cəzaların İcrası Məcəlləsinə görə, məhkumların təhsil almaq hüququ var. Bəs gənclər nə üçün həbsxanada ikən təhsillərini davam edə bilməyiblər?

Bakı Slavyan Universitetindən Bayramla bağlı cavab ala bilməsək də, Qiyas İbrahimovun kəsr imtahanlarını ödəyib universitetə bərpa oluna biləcəyini söylədilər. Təhsil Nazirliyi isə suallara yalnız sorğu şəklində cavab verə biləcəyini söylədi.

Bayram Məmmədov, Qiyas İbrahimov və İlkin Məmmədov beynəlxalq təşkilatların siyasi məhbus hesab etdikləri şəxslər olub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/j8ozu8

Самое читаемое