Badamdarda sürüşmə fərdi tikililərə tərəf gedir

“Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib”

Source:
Badamdarda evlər
Badamdarda evlər


“Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib”

Badamdarda sürüşmə ilə əlaqədar vəziyyət oktyabrın 18-də daha da gərginləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan “Report”a verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur ki, bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru

irəliləyir.

“Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib”.

Gün ərzində sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım olduğu müşahidə edilib, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib.

“Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib”.

Ərazidə sürüşmə oktyabrın əvvələrindən başlayıb. Proseslə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Hadisə yerində olan Baş nazirin müavini, Bakının keçmiş meri Hacıbala Abutalıbov vəziyyətin təhlükəli olduğunu bəyan

edib

.

Ana səhifəXəbərlərBadamdarda sürüşmə fərdi tikililərə tərəf gedir