Hacıbala Abutalıbov: Vəziyyət təhlükəlidir

Bakıda daha bir ərazidə sürüşmə baş verib

Source:


Bakıda daha bir ərazidə sürüşmə baş verib

Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolunda oktyabrın 12-də aktivləşən sürüşmə prosesi hələ də davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qərargahının yaydığı məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib:

“Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir”.

Hadisə yerində olan Baş nazirin müavini Hacıbala Abutalıbov jurnalistlərə deyib ki, vəziyyət təhlükəli və ürəkaçan deyil.

“Bu gecə yuxarıdakı 11 evin hamısında 20-30 metrlik çatlar və yarğanlar yaranıb. Ümumu sahəsi 300-ün 500 metrə səviyyəsindədir. Sürüşmə kütləsinin çəkisi 1000 tona yaxınlaşıb, dünənə nisbətən artıb və bu kütlə hərəkətdədir. Qazılan 11 quyudan beşi işləyir, suyun səviyyəsi 232 metr yuxarı qalxıb”.

H.Abutalıbov sürüşmənin səbəbinin yalnız 11 villanın yox, yuxarı hissədə tikilən 10 mindən çox evin olduğunu bildirib:

“Bu evlərin heç birinin kanalizasiyası yoxdur, hamısı şambodur, o sular aşağı axır. Ona görə də suyun səviyyəsi 232 metr qalxır, halbuki, nasoslar gecə-gündüz işləyir. Yəni vəziyyət ürəkaçan deyil, bu baxımdan hazırda suyun çəkilməsi üçün əlavə quyular qazılacaq. İkinci mərhələdə kanalizasiya sistemi yaradılmalıdır, əks təqdirdə arxadakı evlər də üzü aşağı gələ bilər. Amma son qərarı Yaponiya və yerli mütəxəssisləri birgə verəcək”.

Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.

Bu

ərazidə

sürüşmə prosesi oktyabrın əvvəlindən başlayıb.


Report.az

yazır ki, Bakıda bundan başqa daha bir ərazidə sürüşmə prosesi baş verib.

Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub. Hazırda ərazidə təmizləmə işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti isə bildirib ki, Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb:

“Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil”

Ana səhifəXəbərlərHacıbala Abutalıbov: Vəziyyət təhlükəlidir