''1 milyona ayı əti yeyiblər, amma 11 min manatımızı vermirlər''

Şəhid ailələri birdəfəlik müavinətlərini almaq üçün yenidən Prezident Adminstrasiyasının qabağında toplaşıblar. 11 min manat birdəfəlik müavinəti ala bilməyən ailələri bu dəfə də polislər qarşılayıb.

Şikayətçilər yalnız bağlı qapınının arxasında dayanıb etirazlarını bildirə biliblər: "Bu ananın ah naləsini necə goturəcəksiz, ay məmurlar? Ay qapı- qapı düşüb xalqdan səs yığan deputatlar, arxanızdayıq deyən məmurlar. O qırmızı kreslonun arxasında oturandan sonra hamısı unudulur", "1 milyona ayı əti yeyirlər, amma 11 min vermirlər" və s. ifadələrlə şikayətçilər öz etirazlarını bildiriblər.

Keçən həftə də etiraz edənlərə Administasiyadan bildirilib ki, problemlərinin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsinlər. Oktyabrın 30-da isə şikayətçilərə deyilib ki, 4-cü gün, yəni noyabrın 1-də yenidən gəlsinlər. Onları Adminstrasiyanın şöbə müdiri Fuad Ələsgərov və problemlər bağlı yaradılan komissiya dinləyəcək.

Problemin həlli üçün çalışacaqlarını söz veriblər.

Ölkə başçısı İlham Əliyevin 19 apreldə verdiyi fərmana əsasən müavinət 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilir.

Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən ötən həftədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/jwgxgj

Самое читаемое