Source: Meydan TV

Yataqxana sakini: "Pulum yoxdur deyə ölməliyəm?”

Yataqxana sakini: "Pulum yoxdur deyə ölməliyəm?”

Uçuq-sökük yataqxanada təmir də işə yaramır.

Sumqayıt şəhəri, AZNDSU-nun 2 saylı yataqxanasının sakinlərinin çoxu köçürülüb.

10 ailənin yaşadığı bu yataqxanın xeyli sayda da “dəvətsiz qonaqları” olur.

Ailələrdən 3-ü məcburi köçkün, digərləri yerli sakinlərdir.

Həyatları üçün təhlükəli olan binada maddi imkansızlıqdan yaşadıqlarını deyirlər.

Köçürülməyən bina sakinlərinin problemləri də müxtəlifdir.

Məcburi köçkün Kəmalə Xudaverdiyevaya deyilib ki, nikahda olduğu üçün ona ev verilməyəcək.

Məhkumluq həyatı yaşamış İmamverdi Allahverdiyev hətta iş tapa bilmir.

Sakinlərin aqibəti ilə bağlı aidiyyatı qurumlara müraciət etdik.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən yerli sakinlərin vəziyyətinin necə olacağı barədə məlumat almaq mümkün olmadı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, sakinlərin bəzilərinin məcburi köçkün statusu yoxdur, adlarına “çıxarış” var, yaxud işğaldan azad edilmiş ərazidəndir. Bu səbəbdən də həmin ailələr yeni mənzillə təmin edilməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/q1k1a2

Most Viewed