Source: Meydan.TV

"Sabahdan Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək"

"Sabahdan Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək"

Sabahdan Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək. Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Onun sözlərinə görə, Martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək.

Bir müddət öncə “Кавказский Узел” yazırdı ki, Laçın Elektrik Stansiyası yenidən fəaliyyətə başlayıb.Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu, Laçın bölgəsini və ora ən yaxın yaşayış məntəqələrini, eləcə də Stepanakerti elektrik enerjisi ilə təmin edəcək. Sayt yazır ki, Dağlıq Qarabağ ərazilərinin bir hissəsi Azərbaycana verildikdən sonra tanınmayan respublika su stansiyalarının böyük bir hissəsini itirdi. Odur ki, hazırda elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıb.

İqtisadçı hesab edir ki, burada açıq qalan məqamlar var. Onlardan biri ermənilərin elektrik enerjisinin pulunu necə ödəyəcəkləri ilə bağlıdır. Orada yaşayan ermənilər Azərbaycan manatını tanımırlar. Bundan başqa “Azərişıq”ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur, bəs necə olacaq?...

Qeyd edək ki, artıq 2 gündür Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçərək, ora Gürcüstan vasitəsilə çatdırılır. İqtisadçı onu da bildirib ki, ermənilər buna görə etiraz edirlər. Sitat: “Onlar hesab edirlər ki, qazın Azərbaycandan keçməsi Ermənistan üçün risklidir. Düşünürlər ki, azərbaycanlılar istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki necə deyərlər, “krant” bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki məhəccər bizim əlimizdədir. Amma bunu etməyə cəsarət lazımdır. Axı Xankəndində ruslar və “sülhməramlıları” da məskunlaşıb”, - Sitatın sonu.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/z24m1m

Most Viewed