Milli musiqi alətlərinin ustası

 Usta Mahir hər gün 7-8 saat bu kiçik otaqda oturub işləyir

Usta Mahir hər gün 7-8 saat bu kiçik otaqda oturub işləyir

Mahir Vələdov 1964-cü ildə Şəkidə anadan olub. Uşaqlıqda musiqiyə həvəsi olduğuna görə valideynləri tar məktəbinə qoyur. Musiqi məktəbini bitirdikdən sonra musiqi texnikomuna daxil olur. Tara həvəsi olduğundan Mahir usta özü tar hazırlamaq qərarına gəlir.

40 ilə yaxındır ki, musiqi alətləri hazırlamaqla məşğuldur. Günün 10-12 saatını musiqi aləti hazırlamaqla keçirir.

Mahir usta deyir ki, tək tar hazırlamır, digər musiqi alətlərini də hazırlamağı bacarır. "Bütün milli musiqi alətlərini hazırlayıram. Tütək, zurna balaban, tar, kamança və s. Hətta türk sazını da hazırlayıram".

Ən çox tar və kamançaya da həvəs var. “Turistlər daha çox tütək, zurna alırlar” - deyir Mahir usta.

 Usta Mahir hər gün 7-8 saat bu kiçik otaqda oturub işləyir

Usta Mahir hər gün 7-8 saat bu kiçik otaqda oturub işləyir

Hazırlanan musiqi alətləri

Hazırlanan musiqi alətləri

Şəkiyə gələn turistlər daha çox milli alətlərin suvenirlərini aldıqlarına görə Mahir usta da kiçik işlər düzəldərək satır

Şəkiyə gələn turistlər daha çox milli alətlərin suvenirlərini aldıqlarına görə Mahir usta da kiçik işlər düzəldərək satır

Turistlər üçün maraqlı olsun deyə gitara musiqi alətinin hazırlayır

Turistlər üçün maraqlı olsun deyə gitara musiqi alətinin hazırlayır

Mahir usta deyir ki, bir musiqi alətini hazırlamaq üçün 1 ildən çox vaxt lazım olur

Mahir usta deyir ki, bir musiqi alətini hazırlamaq üçün 1 ildən çox vaxt lazım olur

Hazırlanacaq suvenirin ilkin görünüşü

Hazırlanacaq suvenirin ilkin görünüşü

Klassik alətlərdən başqa milli alətlərimizin də suvenirlərini hazırlayır

Klassik alətlərdən başqa milli alətlərimizin də suvenirlərini hazırlayır

Mahir usta deyir ki, musiqi alətlərinin ustası gərək yaxşı  musiqiçi də olsun ki, alətləri həm kökləməyi bacarsın, həm səsinə fikir versin

Mahir usta deyir ki, musiqi alətlərinin ustası gərək yaxşı musiqiçi də olsun ki, alətləri həm kökləməyi bacarsın, həm səsinə fikir versin

Mahir usta son zamanlar zurna və balaban da hazırlayır

Mahir usta son zamanlar zurna və balaban da hazırlayır

Mahir usta bir çox beynəlxalq və yerli mükafatlarla təltif olunub

Mahir usta bir çox beynəlxalq və yerli mükafatlarla təltif olunub

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/u596s5

Most Viewed