Source: Telegram

Hərbi qulluqçunun öz əsgər yoldaşı tərəfindən güllələndiyi deyilir

Müdafiə Nazirliyi: “Əsgər silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub”

Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Şamil Mais oğlu Aslanov həlak olub. Faktı Müdafiə Nazirliyi təsdiqləyib. Nazirliyin məlumatında deyilir ki, ilkin ehtimala görə əsgər silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edən Ş.Aslanov əslən Qusar rayonunun Sudur kəndindəndir. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Şamil Aslanov əsgər yoldaşı Vüsal Zakir oğlu Cəfərov tərəfindən açılan güllə nəticəsində yerindəcə keçinib. Əslən Şəkidən olan Vüsal Cəfərov isə həbs edilib.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/fnpm7v

Most Viewed