''Azəriqaz''ın qanunsuz borc yazdığını deyib, təbii qazdan imtina etdi

Nümunə Qasımova üçün son 3 ayda yemək hazırlamaq əzaba çevrilib. O, qışın soyuğunda propan qazdan istifadə etməyə məcburdur.

Regional Qaz Satışı Departamentinin may ayındakı rəyinə görə, Qasımovların sayğacında qaz itkisi var. Aktda göstərilib ki, onların 6 ay içində qaza 1836 manat borcu yaranıb.
"2014-cü ildən sayğac dəyişilənə kimi mən 7543 kub işlətmişəm. Ancaq bunlar mənə 6 aya 9100 kub metr yazıb. Hardan götürülüb bilmirəm".

Ailə gözlənilməz qaz itkisi ilə bağlı Prezident Administrasiasına, Nazirlər Kabinetinə və digər qurumlara müraciətlər ünvanlayıb. Energetika Nazirliyi cavabında vurğulayıb ki, itirilmiş qazın bərpası və 1836 manat məbləğində yazılmış borcun ləğv edilməsi məqsədilə “Azəriqaz” İB-ə məktubla müraciət edilib.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev də Meydan TV-yə açıqlamasında vətəndaşın satış departamentinə müraciət edib məsələnin araşdırılmalı olduğunu deyib.
Ailə oktyabrdan bu yana təbii qazdan imtina edib. Nümunə Qasımova da propan qazın hissində bişir-düşür edir.

"Təhlükəli olsa belə propan qazdan istifadə edirəm. Ona görə ki, dövlətin idarəsi göz görə-görə məni şərləyir", - Füzuli Qasımov deyir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı abonentin aldadıldığını deyir. O bildirir ki, 16 dekabr 2017-ci ildə SOCAR-ın vitse-prezidenti R.Qurbanov tərəfindən təsdiq olunmuş “metodiki tövsiyələrin” 1.4.1 bəndinə zidd olaraq istehlakçıya cərimə tətbiq edərkən itirilmiş təbii qazın miqdarı 90 gün üçün deyil, 180 gün üçün hesablanıb. Buna görə də, vətəndaşa 1836 manat cərimə yazılıb.

"Azəriqaz" İB tərəfindən normativ qəbul olunub, daxili əmrlə imzalanıb. 180 gün ərzində itirilmiş qazın dəyəri hesablanaraq tələb olunur", - İbrahim Kərbalayev deyir.

Ekspert Mirvari Qəhrəmanlısa bunun tövsiyələrə zidd, qeyri-qanuni əmr olduğunu söyləyir.

Regional Qaz Satışı Departamenti qaz itkisini qeydə alsa da, Energetika Nazirliyi araşdırıb, borcun ləğv olunmasını bildirib. Regional Qaz Satışı Departamentiylə əlaqə saxlasaq da, cavab ala bilmədik.
Mirvari Qəhrəmanlı deyir ki, vətəndaş bu hallarla rastlaşarsa, məhkəməyə müraciət etməlidir.

Füzuli Qasımov bildirir ki, ona Qaz Satış Departamentindən zəng vurub borcun silindiyini bildirsələr də, o, departamentə inanmır. Sənədli-sübutlu borcun silindiyini görməyincə propan qazdan istifadə edəcəyini bildirir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/mhg7ux

Most Viewed