Zöhrab İsmayıl: ”Mərkəzi Bankın rezervləri 2-3 aya tükənəcək”

“Kredit reytinqləri aşağı endikcə, hökumətin, dövlət şirkətlərinin və banklarımızın beynəlxalq maliyyə qurumlarından alması daha da çətinləşir”

Source:


“Kredit reytinqləri aşağı endikcə, hökumətin, dövlət şirkətlərinin və banklarımızın beynəlxalq maliyyə qurumlarından alması daha da çətinləşir”

Yanvarın 18-də neft elektron satışlarda 29 dollardan da aşağı enib.

“Bundan sonrakı ucuzlaşma Azərbaycana nə vəd edir” sualını iqtisadçı Zöhrab İsmayıl öz Facebook səhifəsində şərh edib.

Onun sözlərinə görə, Mərkəzi Bankın rezervləri 2-3 aya tükənəcək, manat dəyərini daha sürətlə itirəcək. Hökumət Neft Fondunun aktivlərinə daha çox “müraciət” edəcək. Həmçinin Neft Fondunun rezervlərinin bir hissəsi manata çevrilməyə başlayacaq: “Bundan sonra qiymətlər 30-50 faiz bahalaşır. İdxal üçün dollar çatışmazlığı yaranır və bir sıra idxal malları qıtlaşır. Bank sektorunda böhran dərinləşir, tikinti, daşınmaz əmlak və avtomobil bazarlarında tam çökür. Azərbaycanın kredit reytinqləri 1-2 pillə aşağı düşür. İlk baxışdan bu sadə oxucuya heç nə deməyə bilər. Söhbət ondan gedir ki, kredit reytinqləri aşağı endikcə, hökumətin, dövlət şirkətlərinin və banklarımızın beynəlxalq maliyyə qurumlarından və xarici banklardan borc alması daha da çətinləşir”.

Ana səhifəXəbərlərZöhrab İsmayıl: ”Mərkəzi Bankın rezervləri 2-3 aya tükənəcək”