Zelenski Putini danışıqlar masasına çağırıb

V.Zelenski və V.Putin. Foto: Meydan TV

Avropalılara: sizi artıq qazla şantaj ediblər…”

Ukraynanın Prezidenti Vladimir Zelenski insanların həlak olmasını dayandırmaq üçün Rusiya Federasiyasının rəhbəri Vladimir Putini danışıqlar masasına çağırıb.

O, bu barədə fevralın 25-də günorta yayımlanan videomjüraciətində deyib.

“RF prezidentinə: ölkənin bütün ərazisində döyüşlər gedir. İnsanların həlak olmasını dayandırmaq üçün gəlin danışıqlar masasına oturaq”.

Sonra isə Ukrayna hərbi qüvvələrinə müraciət edib:

“Möhkəm dayanın, siz bizim hər şeyimizsiniz, siz bizim dövlətimizi qoruyursunuz”.

Prezident qeyd edib ki, Rusiyanın Ukraynaya soxulması sadəcə zorla girmək deyil, bu, Avropaya, Avropa Birliyinə, Avropada ən sadə insan hüquqlarına, qitədə birgə mövcudluğun bütün qaydalarına, həmçinin Avropa ölkələrinin sərhədləri zorla bölməkdən imtina etməsinə qarşı müharibənin başlamasıdır.  

“Artıq ikinci gündür ki, dövlətimizin şəhərləri raket bombaları zərbələrinə məruz qalır, tank cərgələri və aviahücumlar Avropanın İkinci Dünya müharibəsi zamanı gördüklərinə və “heç vaxt yenidən” söylədiklərinə maksimum dərəcədə oxşayır. Amma, budur, tarix təkrarlanır. Yenidən təkrarlanır. İkinci Dünya müharibəsindən 75 il sonra”, – prezident bəyan edib.   

O, eyni zamanda qeyd edib ki, Ukrayna hələ ki Avropanın nə etməyə və özünü necə müdafiə etməyə hazırlaşdığını görmür.  

“Artıq nə baş verdiklərini sadalayıram: ABŞ, Kanada, Böyük Britaniya, Aİ, Avstraliya və Yeni Zelandiya RF-na qarşı sektoral sanksiyalar yeridib. Lakin Rusiya tankları hələ də yaşayış evlərini bombalayır, hərbi texnika hələ də hücumdadır, o cümlədən Ukraynanın adi vətəndaşlarına hücum edilir”, – Zelenski qeyd edib. 

O, Qərbdən rusiyalılar üçün vizanı ləğv etməyi, RF-nı SWIFT sistemindən çıxarmağı, onu tamamilə təcrid etməyi, səfirləri geri çağırmağı və göy üzünü örtməyi tələb edir.

O qeyd edib ki, dünyanın hər ölkəsində sıravi vətəndaşlar şəhər meydanlarına çıxaraq hərəkətə keçə bilərlər.  

“Avropalılara: sizi artıq qazla şantaj ediblər, sizi artıq alçaldıblar və bölmək istəyirlər, necə ki bu gün Ukraynanı parçalamaq istəyirlər. Özünüzü müdafiə edin, necə ki biz özümüzü müdafiə edirik”, – bəyanatda deylir.

Ana səhifəSiyasətZelenski Putini danışıqlar masasına çağırıb