Müraciətdə Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlər pislənir
Baş prokuror Zakir Qaralov Ukraynada azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə həmin ölkənin Baş prokuroruna müraciət ünvanlayıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə Ukraynada azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayon sakini olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək, külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və digər cinayətlər pislənir, bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurduğu bildirilir:
“Araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılacağına, həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə ümid edirik”.