Yunanlar “xeyr” dedi (yenilənib)

Source:


Euronews kanalının məlumatına görə, Yunanıstanda keçirilən referendumda seçicilərin 61,31 faizi kreditorların tələblərinə “yox”, 38,69 faizi “bəli” dedi.


Baş nazir Aleksis Tsipras yunan xalqını bu dəstəyə görə alqışlayıb və hökumətin kreditorlarla masa arxasında oturmağa hazır olduğunu bildirib. O, birinci vəzifə kimi bank sisteminin bərpa olunmasını vacib sayıb.


Almaniya kansleri Merkel, Fransa prezidenti Olland yunan xalqının səsinə hörmət etdiklərini və iyulun 7-də Avropa Birliyi ölkələrinin növbədənkənar sammitinin keçirilməsini təklif ediblər.

Yunanıstan vətəndaşları ölkənin beynəlxalq kreditorlarla razılaşmasının şərtlərinə münasibət bildirməli, ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə qərar verməlidirlər.

Referendumda səsvermə saat 7.00-dan 19.00-dək keçiriləcək.

Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 1,6 milyard dollarlıq hissəsini iyunun 30-da ödəməli olsa da, bunu etməyib. Bu isə texniki defolt mənasına gəlir (APA).

Ana səhifəXəbərlərYunanlar “xeyr” dedi (yenilənib)