Yoldan qar təmizləyən qadını maşın vurub

Küçələri qardan texnika yox, insanlar təmizləyir

Source:
Qar təmizləyən qadın
Qar təmizləyən qadın


Küçələri qardan texnika yox, insanlar təmizləyir

Bakıda ağır yol qəzası baş verib. Yolun kənarında qar təmizləyən qadını maşın vurub.

Xəbəri lent.az yayıb. Bildirilir ki, 40-45 yaşlı qadın hadisə yerində keçinib. Avtomobilin sürücüsünün kimliyi isə hələlik məlum deyil. Hadisə Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində baş verib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb. Faktla bağlı araşdırma aparılır.

Ötən həftə Bakıya qar yağıb. Bu şəhərdə küçələrdəki, yol kənarlarındakı qarı texnika yox, insanlar təmizləyir.

Ana səhifəXəbərlərYoldan qar təmizləyən qadını maşın vurub