Yol problemi olan aksiyaçı: ”Bunlar yalnız ciblərini güdürlər”

Əlif Hacıyev küçəsi 36 ünvanında yaşayan sakinlər “Rahatlığın məkanı” MMC-nin əslində onlara heç də rahatlıq bəxş etməməsindən gileylənirlər. Şikayətçilər adı çəkilən şirkət onların kiçik uşaq meydançasını, su nasos stansiyasını, yanğın söndürmək üçün su anbarını və maşın saxlamaq yerlərini zəbt etdiyini deyilər. Bakı şəhər icra hakimiyyəti “Rahatlığın məkanı” MMC-yə 1284 hektar torpaq sahəsi ayırıb. Sakinlərin sözlərinə görə həmin sahəyə Əlif Hacıyev küçəsi 36 daxil deyil. Lakin buna baxmayaraq adı çəkilən MMC orada söküntü və tikinti işi aparır. Belə ki, binaya gedən yolun qarşısı kəsilib. Üstəlik yol qırağında olan ağaclar qeyri-qanuni yolla kəsilib.

Sakinlər deyir ki, bu zülmü verməkdənsə elə Milli Qəhrəmanın adını əbədiləşdirsinlər. Onun adına büst qoyulsun, bağ salınsın.

Ana səhifəVideoYol problemi olan aksiyaçı: ”Bunlar yalnız ciblərini güdürlər”