Media rəhbəri hədə-qorxu yolu ilə pul tələb etmədə ittiham olunur
“Yerevan Press” qəzetinin baş redaktoru Azər Abbasov həbs edilib.
O, hədə-qorxu yolu ilə pul tələb etmədə ittiham olunur. Bu barədə “Trend”-ə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib. Məlumatda bildirilir ki, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və DTX-də aparılan araşdırmalar nəticəsində “Yerevan Press” qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə pul tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs- qətimkan tədbiri seçilib.
Bildirilir ki, A.Abbasovun həbsi DTX-də “reket jurnalistika”ya qarşı aparılan əməliyyat-istintaq tədbirlərinin davamıdır.
“Yerevan Press” qəzeti və saytı “Azərbaycan” Nəşriyyatında yerləşir .