Torpaq səthindən 3 metr aşağıda, zirzəmidə 4 ailə yaşayır. Onlar məcburi köçkünlərdir. Ailədə elə uşaqlar var ki, bu qaranlıq otaqlarda dünyaya gəliblər. Onlar 10 ildən artıqdır təbii işıqlandırmadan uzaq olan bu dar otaqlarda böyüyürlər. Valideynlərin tək bir istəyi var, onlara ev verilsin və uşaqları rütubətdən uzaq, sağlam şəraitdə böyüsünlər.