Yeni ”Tarix terminləri lüğəti” nəşr olunub

Kitabın elektron versiyası da var

Source:
foto sosial şəbəkə


Kitabın elektron versiyası da var

“Altun Kitab MMC” tarix elmləri doktoru Aydın Balayevin  “Tarix terminləri lüğəti” kitabını buraxıb.

Bu barədə nəşriyyatdan Meydan TV-yə bildiriblər ki, lüğətdə tarix elmi və köməkçi tarix fənlərinə aid 2500-ə yaxın söz və ifadənin izahı verilib.

Nəşriyyat təcrübəsində bu sahədə ilk təşəbbüslərdən biri olan izahlı lüğət təkcə tarixçilər, arxeoloqlar, etnoqraflar, tarix fakültələrinin tələbə və doktorantları üçün deyil, həm də tarixi ədəbiyyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Lüğətin elektron variantı aleks.az saytında yerləşdirilib.

Ana səhifəXəbərlərYeni ”Tarix terminləri lüğəti” nəşr olunub