Yeni nazirlərin seçimi: loyallıq, yoxsa peşəkarlıq?

Ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamı hökumətdəki mənzərəni dəyişib.

Sərəncamla bəzi vəzifəlilər öz kreslolarını itiriblər. Bəzilərinəsə yeni qapılar açılıb.

Səs-küyə səbəb olan Baş nazir postuna 25 ildən sonra yenisi təyin olunub – Novruz Məmmədov .

O, bu postda 83 yaşlı Artur Rəsizadəni əvəzləyib.

Ekspertlər düşünür ki, hakimiyyətə loyal, ambissiyaları olmayan kadrlar gərəklidir: “Həm seçkidən öncə, həm seçkidən sonrakı kadr dəyişikliyinə baxanda orada əsas olaraq hakimiyyətə nə qədər loyal və etibarlı olması götürülür. İkincisi, hansı qrupa yaxın olması və qruplararası balansı nə qədər qoruması”.

“İlham Əliyev proseslərə nəzarət eləmir. Yalnız və yalnız kapitala nəzarət edir. Kapital toplamağa, onun hara getməsinə ciddi nəzarət edirlər. Əslində klanlararası kəskin ziddiyyətlərin bir səbəbi də yeni mülkiyyət münasibətlərinin formalaşması, mülkiyyət uğrunda mübarizədir”.

5 ay boş qalan posta müavinlik edən Ceyhun Bayramov indi təhsil naziri kimi fəaliyyətini davam etdirəcək.

Erkin Qədirliyə görə, açar vəzifələr yaşlı nəsildə qaldı, nisbətən siyasi çəkisi az olan vəzifələr gənc nəsilə verildi:

“Bəzən vəzifənin nominal yüksəkliyi çaşdırıcı ola bilir. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyəti başçısı idi. İndi onu Baş nazirin müavini təyin ediblər. Belə baxanda bu yüksəlişdir. Amma faktiki olaraq bu təyinatla onun hakimiyyətini əlindən aldılar”.

Bəs Bakı sakinlərinin yeni nazirlərdən hansı gözləntiləri var?

Ana səhifəVideoYeni nazirlərin seçimi: loyallıq, yoxsa peşəkarlıq?