Yeni hüquq müdafiə təşkilatı yaradılıb

Bir qrup siyasi fəal yeni hüquq müdafiə təşkilatının yaradılmasını elan ediblər.

Source: Specify Source


Rüfət Səfərov təşkilatın icraçı direktoru seçilib

Bir qrup siyasi fəal yeni hüquq müdafiə təşkilatının yaradılmasını elan ediblər.

“Müdafiə xətti” (Line of Defense) adlanan təşkilatın təsisçiləri Rüfət Səfərov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Təzəxan Mirələmli və Zaur Əkbərdir.

Məlumata görə, keçmiş müstəntiq və siyasi məhbus Rüfət Səfərov təşkilatın icraçı direktoru seçilib.

“Müdafiə xətti”nin qeyri-siyasi və qeyri dini birlik olduğu qeyd edilib. Hüquq müdafiə təşkilatı insan haqları ilə bağlı pozuntuların monitorinqini aparmaq, belə pozuntularla bağlı məhkəmə çəkişmələrində hüquqi yardım və sair dəstək verməyi qarşısına məqsəd kimi qoyub.

Bundan başqa təşkilat Azərbaycanda ciddi hüquq pozuntularına məruz qalmış şəxslərə psixoloji yardım göstərilməsi və onların ən zəruri ehtiyacları ilə bağlı maddi dəstəklənməsi üçün ianə toplanışı və yardımları təşkil etmək istəyir.

Ana səhifəSiyasətYeni hüquq müdafiə təşkilatı yaradılıb