Bu gün ”Bilik günü” kimi qeyd olunur
15 sentyabr Azərbaycanda dərs ilinin başlanğıcıdır. Bu gün “Bilik günü” kimi qeyd olunur.
Rəsmi statistikaya əsasən 2017/2018-ci tədris ilində164 945 şagird ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq. Bu, ötən illə müqayisədə bir qədər çoxdu. 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 şagird birinci sinfə getmişdi.
Ümumilikdə orta məktəblərə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək.
2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.
Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.
APA-nın məlumatına görə, il ərzində 12 məktəb binası əsaslı, 484 məktəb binası cari təmir edilib. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirib.