Yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək
Bakı və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Bu barədə məlumat yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın minimal temperaturunun yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcəyini qeyd edib.
Eyni zamanda gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.