YAP qurultaya hazırlaşır

“Bir nəfərə görə seçkinin vaxtını dəyişməyə məcbur olurlar”

Source:
YAP Qurultayı
YAP Qurultayı


“Bir nəfərə görə seçkinin vaxtını dəyişməyə məcbur olurlar”

Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.

APA

yazır ki

, partiyanın VI qurultayı fevralın 8-nə təyin edilib.

Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək.

Fevralın 5-də prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, president seçkiləri 2018-ci il aprelin 11-də olacaq.

ReAL idarə heyətinin üzvü Natiq Cəfərli deyir ki, növbədənkənar prezident seçkilərinin təyin olunmasının bir neçə səbəbi var:

“Texniki səbəb odur ki, indi prezident 7 illik seçiləcək, növbəti seçkilər (fors-major olmasa) 2025-ci ilin payızında, parlament seçkiləri ilə 3 həftə ara ilə keçirilməli idi. Seçkilər üst-üstə düşməsin deyə, ya prezident, ya parlament seçkilərinin vaxtı dəyişdirilməli idi. Bu, heç vacib olmayan, amma texniki səbəbdir.

Keçək əsas siyasi-iqtisadi səbəblərə:

1) Bu il martın 18-də Rusiyada prezident seçkiləridir. Avropanın, dünyanın diqqəti, əsasən bu seçkilərə yönələcək. Doğrudur, Rusiyada seçki institutu elə bizdəki kimi yoxdur, amma orada daha dinamik proseslər ola bilər. Seçkidən sonra səslərin sayılması, MSK və Məhkəmə tərəfindən təsdiqi 15-20 gün çəkir, bu da aprelin əvvəli deməkdir. Yəni, Avropa və dünyanın başı Rusiyaya qarışan zaman Azərbaycanda sakitcə seçkini rəsmiləşdirməyi düşünürlər.

2) Rusiyaya qarşı sanksiyalar 18 mart seçkilərindən sonra daha da sərtləşəcək. Həm fərdi, həm sektorlar üzrə daha sərt addımlar ola bilər. Rusiya hətta SWIFT-dən də kənarlaşdıra bilərlər. Neft qiymətlərində isə “kəfkir qanunu” işə düşür. Yaxın həftələrdə qiymətdə ciddi enmələr olacaq. Qısası, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, neft qiymətlərində oynamalar Azərbaycana da ciddi təsir göstərir. Son zamanlar ölkə iqtisadiyyatında çox zəif müsbət dinamikanın olmasının 2 səbəbi var idi: Neft bahalaşdı, Rusiyadan soydaşlarımızın ailələrinə göndərdikləri vəsait artdı. İndi hər iki pozitiv təsir edən amildə pisləşmə gözlənilir. Bu da iqtisadiyyatımıza növbəti böhran dalğaları gətirə bilər. Hökumət də bu dalğalardan öncə seçkiləri bitirib, rəsmiləşdirib rahat olmaq, daha rahat addımlar atmaq istəyir. Seçkilərin aprelə keçirilməsi həm də ciddi iqtisadi səbəblər, pis gözləntilərlə bağlıdır.

3) İdarəetmədə manasız paralellik və bir-birlərinə mane olan strukturlar yaranıb. Artıq idarəolunmaz hall alıb. Tələsik prezident seçkiləri rəsmiləşdirdikdən sonra iradəetmədəki paralellik aradan qaldırılmalıdır. Ya Nazirlər Kabineti tam ləğv olunmalı (bunun üçün qanunlarda dəyişikliklər edilməlidir), ya da vitse-prezidentlik institutlarından imtina edilməli, Nazirlər Kabineti gücləndirilməlidir. Çox güman Baş Nazir və müavinləri dəyişdiriləcək, “de jure” indiki prezident qalsa da, “de facto” idarəçilik birinci vitse-prezidentə ötürülməyə başlanacaq.

4) Nəhayət, seçkilərin önə alınması həm də İlqar Məmmədovla bağlıdır. Bu qərardan sonra İlqarın tezliklə azad olunacağına ümidlər artıb. Faktiki olaraq İlqarla seçkilərdə üzbəüz gəlmək istəməyən hökumət, seçkiləri irəli alaraq İlqarın iştirakını, təəssüf ki, mümkünsüz edir. Amma azadlığa çıxmasını sürətləndirir. Ölkə tarixində ilk dəfədir ki, bir nəfərə görə seçkinin vaxtını dəyişməyə məcbur olurlar. Gələcək tarix kitablarında bu hadisə mütləq qeyd olunacaq…”.

Ana səhifəXəbərlərYAP qurultaya hazırlaşır