YAP-çı deputat polisi dana adlandırdı

“Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir”

Source:


“Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir.”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov polis işçilərinin mədəniyyətsizliyindən danışıb. “Qafqazinfo” xəbər verir ki,

E. İbrahimov parlamentin iclasında DİN-nin parlamentdə olan nümayəndəsinin nəzərinə çatdırıb ki, serjantlardan soruşun ki, Milli Məclsin maşınlarının nömrəsi hardan başlayır, harda qurtarır? Prezident Aparatının nömrələri hardan başlayır, hardan qurtarır:”Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki Milli Məclisin deputatı Eldar İbrahimov.  Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır”.

“Bilmədirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin, deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır.  Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da.  Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana”, üzr istəyirəm hardan gəlib?  Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir.  Hüquq məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın. Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq.  Amma başa salanda məsələni küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır”, – deyə deputat fikrini tamamlayıb.

Ana səhifəXəbərlərYAP-çı deputat polisi dana adlandırdı