YAP-ın bütün namizədləri qeydə alınıb

“Seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır”

Source:


“Seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır”

Parlament seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən 123 namizədin hamısı Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıb.

Bu barədə məlumatı Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov “Facebook” səhifəsində yayıb.

“Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir”, – deyə Əli Əhmədov qeyd edib.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Ana səhifəXəbərlərYAP-ın bütün namizədləri qeydə alınıb