Yasamal rayonu, Şərifzadə ilə İsfəndiyar Zülalov küçəsinin kəsişməsində yerləşən, məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli binada yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub. Bir neçə ev yararsız vəziyyətə düşüb. Sakinlər yanğının ilkin səbəblərini bilməsələr də, elektrik naqillərindən yarandığını güman edirlər. Evi yanan Zəminə Babayev deyir ki, binada bir neçə dəfə qısa qapanmadan yanğınlar olub. Dəfələrlə elektrik naqillərinin vəziyyəti barədə məlumat versələr də, heç bir tədbir görülməyib.
Yanğından sonra hadisə yerinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da gəlib. O, məcburi köçkünlərin vəziyyəti ilə maraqlanıb, onların problemini dinləyib.