Yanan binanın sakinlərinə tam təmirli mənzillər veriləcək

Baş nazirin müavini Abid Şərifov ev sahiblərinə veriləcək məşiət əşyalarını sadalayıb

Source:

Baş nazirin müavini Abid Şərifov ev sahiblərinə veriləcək məşiət əşyalarını sadalayıb

Bir müddət əvvəl Binəqədidə yanan 16 mərtəbəli binanın sakinlərinə bütün mebellər veriləcək. Bu barədə Lent.az-a açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib. A.Şərifov qeyd edib ki, yanan binanın sakinlərinə tam təmirli mənzillər təhvil veriləcək: “Mənzillər tam təmirli, bütün mətbəx mebeli və avadanlıqları, eləcə də yataq və digər mebellərlə təchiz olunmuş formada təhvil veriləcək. Hər bir mənzilin çilçırağı, pərdələri quraşdırılacaq və tam hazır formada sahiblərinə təqdim ediləcək”.

 Baş nazirin müavini əlavə edib ki, yorğan-döşək, qab-qacaq kimi məişət əşyalarını ev sahibləri özləri almalıdırlar.

 Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın 4-ü azyaşlı olmaqla, 14 nəfərin həyatına son qoyub, onlarla mənzil tamamilə yararsız vəziyyətə düşüb. Binada təmir işlərinin bu ilin oktyabrında başa çatması planlaşdırılıb.

Ana səhifəXəbərlərYanan binanın sakinlərinə tam təmirli mənzillər veriləcək