Yadigar Sadıqovla bağlı gözlənilməz qərar

“Müsavatçı məhbusun müayinə və müalicəsi yarımçıq dayandırılıb və o, xəbərdarlıq edilmədən xəstəxanadan çıxarılıb, 14 saylı CÇM-nə qaytarılıb”

Source:


“Müsavatçı məhbusun müayinə və müalicəsi yarımçıq dayandırılıb və o, xəbərdarlıq edilmədən xəstəxanadan çıxarılıb, 14 saylı CÇM-nə qaytarılıb”

Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsi bəyanatla çıxış edib. Bəyanatda müsavatçı məhbusun səhhətində narahat doğuran məqamlar qeyd edilərək onun Müalicə Müəssiəsindən çıxarılması qərarının gözlənilməz olduğu bildirilr.

“Yadigar Sadıqov neçə gün idi Penitensiar Xidmətin müalicə müəssisəsində ürəyindən müalicə olunurdu. İlkin diaqnoz kimi “ürəkdə blokada” müəyyən edilmişdi. Tam diaqnozun ən tezi 1 həftəyə bilinəcəyini, bu səbəbdən də ən azı ayın sonuna qədər (müalicənin ən qısa kursu 21 gündür) davam edəcəyi bildirilmişdi. Dünən məhbus zəng edəndə de bizə az əvvəl qeyd olunan məlumatları vermişdi. Fevralın 14-də qohumları onunla görüşə gedib və məlum olub ki, Yadigar bəyin müayinə və müalicəsi yarımçıq dayandırılıb və o, xəbərdarlıq edilmədən xəstəxanadan çıxarılıb, 14 saylı CÇM-nə qaytarılıb”,-deyə bəyanatda qeyd olunur.

Müdafiə Komitəsi baş vərənləri Yadigar Sadıqovun saglamlıgına qarşı qərəzli qəsd hadisəsi sayır və Pentensiar Xidmətdən tələb edir ki, bu işgəncəni durdursun. Ailəsi ilə əlaqə yaratmasına dərhal şərait yaradılsın. “Bəyan edirik ki, Yadigar Sadıqovun sağlamlığı ilə bağlı bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir”.

Ana səhifəXəbərlərYadigar Sadıqovla bağlı gözlənilməz qərar