”Ya ölümüzü, ya dirimizi tapıb versinlər” (VİDEO)

Martın 1-də ötən il “Günəşli” yatağında baş vermiş partlayışda itkin düşən neftçilərin ailələri Fövqəladə Hallar Nazirliyinə üz tutublar.

Ailələr, axtarışların getmədiyini bildirirlər:

“Bütün günü televiziyada bar-bar bağırırlar ki, Azərbaycan güclü dövlətdir. Göstərsin gücünü, axtarıb-tapıb versin. Gücünü göstərsin ki, deyim mənim arxamda dövlətim durub. Biz heç birimiz hiss etmirik bunu. Tək ortada qalmışıq. Bu iş, təbii fəlakətdən olmayıb. Səhlənkarlıq, işbilməzliyin ucbatından olub bu hadisə. Allaha tapşırırıq onları. Necə bizim belimiz qırılıb, Allah onların da belini qırsın. Biz meyitimizi istəyirik. Ya ölüsünü, ya dirisini tapıb versinlər.”

İtkin düşən neftçilərin ailələrini Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev qəbul edib. O, neftçilərin yaxınlarına axtarışların getdiyini bildirib.


__



Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Ya ölümüzü, ya dirimizi tapıb versinlər” (VİDEO)