Arif Quliyevin ayağı amputasiyası edilib
Aprelin 17-də saat 21 radələrində Xocavənd rayon sakini Arif Quliyev Ağdam rayonunun işğaldan azad edilən ərazisində minaya düşüb.
1983-cü il təvəllüdlü Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən minaya düşdüyü qeyd olunub.
Bu barədə "Azərtac" Ağdam Rayon Prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, Arif Quliyevin “sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.
Ağdam Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.