Xırdalanda partlayış baş verib, iki nəfər ölüb

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb

Source:


Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb

Abşeron rayon prokuroru Qənimət Səfərov APA-ya bildirib ki, hadisə yanvarın 6-da saat 12.00 radələrində Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alınıb.

Sexdə kompressorun partlaması nəticəsində orada işləyən fəhlələr – Aydın Fətullayev və Miraslan Ağayev ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Ana səhifəXəbərlərXırdalanda partlayış baş verib, iki nəfər ölüb