Hər ikisinin odlu silahla vurulduğu məlum olub
Oktyabrın 2-də günorta saat 14.00 radələrində Abşeron rayonu, Xırdalan şəhərindəki mənzillərdən birində ər və arvadın meyiti tapılıb. Onların odlu silahdan açılan atəşdən öldüyü məlum olub.
Ölənlərin kimliyi də məlumdur. Bunlar 1962-ci il təvəllüdlü Xəlifə Sərkərov və 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovadır.
Daxili İşlər Nazirliyinin bu hadisə barədə yaydığı məlumatda bildirilir ki, Xəlifə Sərkərov öncə həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirib, daha sonra özü intihar edib:
“İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib”.
Hadisə ilə əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.