XİN: Rusiya Ukrayna ilə müharibə istəmir

Xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna ilə müharibə etməyəcəyini deyir. Amma o, ölkəsinin “gözardı olunan” maraqlarını müdafiə edəcəyini bildirib.

Qərb kəşfiyyatı Rusiyanın Ukrayna ilə sərhədə 100 min əsgər yığdığını deyir. Moskva Ukrayna böhranının azaldılması əvəzində Qərbdən təhlükəsizlik qarantiyaları tələb edir.

Yanvarın 26-da Birləşmiş Ştatlar və NATO Ukraynanı Qərb alyansından birdəfəlik uzaqlaşdırmaqla bağlı Moskvanın tələbini rədd edib. Onların bildirməsinə görə, Şərqi Avropada əsgər və hərbi texnikanın yerləşdirilməsi məsələsi müzakirə olunmur.

Ana səhifəVideoXİN: Rusiya Ukrayna ilə müharibə istəmir